17 İyul 14:01
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox yeniliklərin olacağı gözlənilir. Seçki nəticəsində yeni simaların da parlamentdə təmsil olunacağı istisna edilmir. Bu şəxslərdən biri də ictimai-siyasi xadim, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının olacağı iddia edilir.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Tənzilə Rüstəmxanlı xəbəri təsdiq edib.

O, namizədliyini irəli sürdüyünü bildirib:

“Bəli, bu il Neftçala rayonu 61 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yəqin ki, imza vərəqlərini sabah götürərəm. Bundan sonra artıq imza toplamağa başlayacağam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər