21 İyul 14:11
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycandan olan soydaşlarımızın öz vətənlərinə qayıdışı məsələsi yenidən Ermənistanda gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Nikol Paşinyan hökümətinin tənqidçiləri qayıdışa hazırlığın getməsindən şübhələnirlər.

Həmin mənbələr məsələnin rəsmi Bakı və İrəvan arasında müzakirə olunduğunu iddia edirlər. Ermənilərin yenidən bu məsələyə qayıtması Prezident İlham Əliyevin Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda səsləndirdiyi fikirlər olub.

Ermənistandakı ictimai-siyasi müzakirələrə qoşulan politoloq Arman Abovyan da Prezident Əliyevin Qərbi Azərbaycanla bağlı verdiyi son açıqlamaya diqqət çəkib:

"Əliyev qərbi azərbaycanlıların Ermənistana qayıdışından danışır.

Məsələ haqda bəhs edən Əliyev bildirib:

"Bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur.

Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər".

Abovyan proseslərin inkişafında Əliyevin bu sözlərinin də reallığa çevriləcəyini vurğulayıb.

"Bir gün bu da olacaq", - erməni politoloq qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər