15 Avqust 21:37
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər ABŞ-nin sabiq prezidenti Donald Trampın yenidən Ağ Evə rəhbərlik etməsi ehtimalından təşvişə düşüblər.

Teleqraf.com xəbər verir ki, Ermənistanın “Past” qəzeti Amerikanın keçmiş və mümkün yeni liderinin Azərbaycana daha yaxın sima olduğunu yazır.

Nəşrin fikrincə, ABŞ Trampın hakimiyyətdə olduğu dönəmdə balansı Azərbaycanın xeyrinə dəyişmişdi.

“Tramp-Pens administrasiyası (keçmiş vitse-prezident Mayk Pens – red.) ABŞ-nin Ermənistan və Azərbaycana hərbi yardımın bərabərliyi presedentini pozmuşdu. Həmin dönəmdə ABŞ-nin Bakıya hərbi yardımı kəskin şəkildə - 120 milyon dollardan çox artırılmışdı”, - məqalədə deyilir.

Nəşr hazırda prezident olan Co Baydenin təmsil olunduğu Demokratlar Partiyasının ermənilərin maraqlarına daha uyğun olduğunu iddia edir:

“Heç kimə sirr deyil ki, ABŞ-dəki erməni diasporu Demokratlar Partiyası ilə daha fəal əməkdaşlıq edir. Ermənistan hakimiyyəti də Respublikaçılar Partiyası ilə müqayisədə Demokratlarla daha yaxşı dil tapır. Noyabrda ABŞ-də keçiriləcək seçkilərdə baş verə biləcək hadisələri, həmçinin Donald Trampın iddia edilən qələbəsini nəzərə alaraq, həm erməni təşkilatları, həm də Ermənistan Respublikaçılar və Tramp-Pens cütlüyü ilə təmasları intensivləşdirməlidir, əks halda, vakuumu ABŞ prezidenti olacaq Donald Trampla işgüzar əlaqələri olan azərbaycanlılar dolduracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər