21 Avqust 18:21
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında Boneyra adası adanın G24 layihəsinə daxil edilməsi ilə bağlı BMT-yə qətnamə təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

"Boneyra adasının nümayəndələri Hollandiyanın müstəmləkə hakimiyyəti altında olan Boneyra adasına həsr olunmuş konfransın keçirilməsi xahişi ilə Bakı Təşəbbüs Qrupuna müraciət ediblər", - o qeyd edib.

O əlavə edib ki, Bakı Təşəbbüs Qrupunun Boneyra adasına həsr olunmuş növbəti tədbiri avqustun 22-də baş tutacaq.

"Bu, Bakının dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrildiyini sübut edir", - Abbas Abbasov vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər