21 Avqust 19:27
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, budəfəki görüş Suraxanı rayonunun Zığ qəsəbəsində baş tutub. Qüdrət Həsənquliyev görüşdə seçki platforması barədə məlumat verib, seçiciləri maraqlandıran məsələlərlə bağlı danışıb. Daha sonra ƏHD Partiyasının sədri görüşdə iştirak edən seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, görüşdə həmçinin Konstitusiya Araşdırmalar Fondunun rəhbəri”, tanınmış siyasi xadim Əliməmməd Nuriyev, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının nümayəndəsi Zaur İbrahimli də iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər