Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təfərrüatları barədə Ermənistan baş nazirinə məlumat verib. Buna görə Paşinyan Rusiya prezidentinə təşəkkür edib”, - məlumatda bildirilib.
Həmçinin Nikol Paşinyan gələcəkdə ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün Putinlə görüşməyə razılıq verib.