30 Avqust 09:40
5 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqabət mühitinin daha çevik olduğu ölkələrdə bazara nəzarət daha çox müstəqil qurumlar tərəfindən həyata keçirilir. Azərbaycanda ölkə başçısının fərmanı ilə yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi inhisar, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində institusional aspektdən gücləndirilmiş nəzarət qurumunun formalaşması baxımından çox vacibdir. Rəqabət Məcələsinin qəbul edilməsi müəyyən çağırışlar formalaşdırmışdı. Bu çağırışların idarə edilməsi daha güclü qurumun təsis edilməsinə zərurət formalaşdırırdı.

Bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, ölkədə son dövrlər bazarlara nəzarətin edilməsi, inhisarçılıqla mübarizə, istehlakçı hüquqlarının müdafiəsi aspektləri gündəmdə idi:

“Azərbaycanın reytinqlərinin yüksəldilməsi baxımından da bu addımın atılmasına ehtiyac var idi. Bununla da maraqlar konfliktini aradan qaldırmaq mümkün olacaq. Formalaşmış yeni qurum iqtisadiyyat sahəsində əsas nəzarəti həyata keçirə biləcək”.

İqtisadçı hesab edir ki, formalaşmış yeni qurumdan gözləntilər var:

“Onun bundan sonrakı fəaliyyəti daha ciddi təşkil edilməklə cəmiyyətin tələblərinə, çağırışlarına cavab verməlidir. Ölkəmizdə dövlət iqtisadiyyatda aktiv iştirak edir. Beləlikə, hansısa alt qurumun bu hallardan sui-istifadəsinin qarşısı alınacaq”.

Rəşad Həsənova görə, qiymət siyasətinin dominantlığı ilə bağlı mövqelərdə bu qurumun aparacağı mübarizə olduqca önəmlidir:

“Yaranmış yeni Agentlik bu istiqamətdə mühüm töhfə vermək imkanına malikdir. İndidən isə bu sahədə nəticələrlə bağlı danışmaq tezdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər