3 Sentyabr 16:36
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stanoya Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı paylaşımına görə cavab verib.

Teleqraf.com xəbər verir ki, Ayxan Hacızadə X platformasında bildirib ki, parlament seçkiləri tam olaraq Konstitusiyaya uyğun keçirilib.

“Seçkilər tam olaraq ölkənin Konstitusiyasına və milli qanunvericiliyə uyğun keçirilib”, - XİN sözçüsü qeyd edib.

Ayxan Hacızadə vurğulayıb ki, “belə qərəzli siyasi baxış ATƏT/DTİHB-nin seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər