10 Sentyabr 12:00
2 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran fars, molla rejimi Azərbaycan müstəqillik qazandığı gündən ölkəmizə qarşı aqressiv, düşmənçilik mövqeyini nümayiş etdirir. Türk dünyasını coğrafı cəhətdən birləşdirən, region üçün sülh, əməkdaşlıq xarakteri daşıyan, Avropa ilə Asiyanı bağlayan, Orta Dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizi İran rejiminin yuxusuna haram qatıb.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması İranın regionda imicinə, fəaliyyətinə ciddi və ağır zərbədir:

“Türk dünyasının vahid coğrafiyada birləşməsi olduqca önəmlidir. Gələcəkdə Türk Dövlətləri Təşkilatının həlledici rol oynamasına imkanlar açacaq. Bu isə İranın maraqlarına uyğun deyil”.

Partiya sədri hesab edir ki, dəhlizin açılması İranın Ermənistanla məkirli planlarının həyata keçməsinə ciddi əngəl olacaq:

“Ona görə də, İran müxtəlif vasitələrlə Zəngəzur dəhlizinin açılmasına menə olmağa çalışır. Amma Tehran rejimi dəhlizin açılmasına heş bir halda maneə ola bilməyəcək”.

Fəzail Ağamalıya görə, Rusiyanın bura cəlb edilməsi İransayağı hiyləgərlikdir:

“Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Moskvanın Ukrayna müharibəsinə görə, bağlantıları sıradan çıxıb. Afrika və Yaxı Şərq ölkələri Rusiyanın əlaqələri üçün bu dəhliz son dərəcədə əhəmiyyətlidir. Türkiyə vasitəsi ilə Rusiyanın isti dənizlərə çıxmaq imkanları yaranır. Culfadan İran və Fars körfəzinə Kreml üçün ikinci nəfəslik formalaşır. Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən komponentləri işə düşür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər