10 Sentyabr 10:55
11 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh realdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır. Bu baxımdan, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqlarına istinad etməliyəm. Müqavilə layihəsinin 80 faizi razılaşdırılıb”, - baş nazir bildirib.

Nikol Paşinyan sülh sazişi ilə bağlı bir “təklif” də verib:

“Razılaşdırılmış müddəaların beynəlxalq miqyasda münasibətlərin qurulmasının bütün və ya əsas, təməl daşı müddəalarını ehtiva etdiyini nəzərə alaraq, təklif edirik ki, hazırda razılaşdırılanları götürək, imzalayaq, fundamental sənəd əldə edək, sonra qalan məsələlər üzrə müzakirələri davam etdirək. Xüsusilə sülh müqaviləsinin razılaşdırılmış maddələrindən biri hər iki tərəfə birgə mexanizm vasitəsilə müzakirələri davam etdirməyə imkan verəcək amili ehtiva edir. Bundan başqa, sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında müddəa var, yəni belə bir həll yoluna gedə bilərik.

Bu təklifi açıq və rəsmi şəkildə etmişik. Sülh və münasibətlərin qurulması sazişinin mətnini ən qısa zamanda imzalamağa hazır olduğumu bildirirəm”.

Paşinyanın sözlərinə görə, növbəti mühüm mövzu sərhədlərin delimitasiyası prosesidir ki, burada da əhəmiyyətli dəyişiklik baş verir:

“Bu dəyişiklik Ermənistan və Azərbaycanın bu yaxınlarda sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə imzalaması ilə ifadə olunur. Bu tənzimləmədə 19 aprel görüşündə açıqlanan məsələlər yer alır. Yəni Almatı bəyannaməsi delimitasiya prosesinin əsas prinsipi kimi qeyd olunur və bu prosesdə tərəflərin həmin bəyannaməni rəhbər tutacağı vurğulanır. İndi bu tənzimləmə daxili prosedurlar vasitəsilə daxili uyğunlaşdırmadan keçir. Əminəm ki, biz Ermənistanda bunu genişləndirmək üçün hər şeyi edəcəyik. Hökumət layihəni qəbul edərək, konstitusiyaya uyğunluğunu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər