Almaniya və Türkiyə xarici işlər nazirləri Annalena Berbok və Hakan Fidan Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün atılan addımları müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya XİN-in X sosial şəbəkəsindəki səhifəsində bildirilib.
“Türkiyə qonşuluqda sülhün bərqərar olmasında mühüm vasitəçidir. Türkiyə Ermənistanla Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına töhfə verə bilər. Xarici işlər nazirlərinin görüşündə bu istiqamətdə konkret addımlar müzakirə olunub”, - məlumatda deyilir.
Türkiyə və Almaniyanın baş diplomatları arasındakı görüş Nyu-Yorkda (ABŞ) baş tutub.