12 Oktyabr 09:38
2 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva və İrəvan arasında əldə edilmiş son razılıq Rusiya sərhəd qoşunlarının Ermənistan sərhədlərindən tam mənada çəkilməsini nəzərdə tutmur. Sadəcə gələn ilin əvvəlindən tərəflər sərhədə nəzarəti birgə həyata keçirəcəklər. Kremldə bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə əhəmiyyətli şəkildə dəyişdirilməsi üçün ABŞ və Avropa Birliyindən bununla bağlı bəlli dairələrin dərhal hərəkətə keçəcəklərini yaxşı bilirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Rusiya bu gedişlə bir tərəfdən, bəlli istiqamətlərdən region üçün ola biləcək müdaxilənin qarşısını alır və özünün regionla bağlı geosiyasi maraqlarını qoruyur:

“Digər tərəfdən rəsmi İrəvanı Moskva ilə münasibətlərin gərginləşdirilməsi konteksində addımlar atmaqdan çəkindirir. Bu razılıq Paşinyan iqtidarının maraqlarına da cavab verir. Əvvəla rəsmi İrəvan sərhədlərin mühafizəsi ilə bağlı hüqüqlarının Rusiya tərəfindən tanınmasına nail olduğunu nümayiş etdirir. Bir yandan Qərbə Rusiya ilə bu sahədə əldə edilmiş razılığın rəsmi Moskvanın güzəştə getməsi konteksində nümayiş etdirməklə AB və ABŞ-la münasibətlərində yarana biləcək problemlərdən sığortalanmaq üçün müdafiə çətiri əldə etmiş olur. Paşinyan hazırkı reallıqlar şəraitində Rusiya ilə əldə edilmiş razılıqların maksimum həddinə çatdığını Qərbdəki havadarlarına nümayiş etdirməklə okeanın o tayındakı havadarlarından Ermənistana dəstəyin davamlı olacağına umid edir. Bəlli razılıqlar hazırda Qərblə münasibətlərində gərginlik yaşayan digər region dövlətlərinin də maraqlarına cavab verir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər