21 Oktyabr 09:22
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə FETÖ adıyla tanınan terror təşkilatının rəhbəri Fətullah Gülən ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gülənə yaxın "Herkul" media qurumu məlumat yayıb.

Fətullah Gülənin hansı xəstəlikdən öldüyü açıqlanmır. Onun demans (beyin pozğunluğu) xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Fətullah Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayırdı.

O, 15 iyul 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddə günahlandırılırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər