20 Dekabr 16:10
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PKK/YPG-nin ümidləri puça çıxdı".

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Suriyanın sabiq prezidenti Bəşər Əsədin gözləntiləri fərqli idi, amma reallaşmadı.

"Əsədin hazırda Rusiyada olması hadisənin nə qədər mənalı inkişaf etdiyini sübut edir. Suriyadakı qardaşlarımız gələcəkləri ilə bağlı öz qərarlarını verəcəklər. Çalışacağıq ki, dövlət quruluşu necə olmalıdır, onlara kömək edək. Dövlətin inkişafı zamanı atılan ən mühüm addımlardan biri konstitusiya quruculuğudur. Bu mövzuda başda cənab Colani olmaqla yeni Suriya rəhbərliyinin adları ilə ünsiyyətə başladıq. Bildiyiniz kimi, biz Milli Kəşfiyyat Təşkilatının rəhbərini Suriyaya göndərmişdik. Xarici işlər nazirimiz də onlarla dialoqdadır", - deyə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər