Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Bakıda türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu münasibətləri daha da yüksək səviyyəyə çatdırmaq üçün müxtəlif platformalar mövcuddur.
"Təxminən 10 gün sonra Ankarada yenidən görüşəcəyik. Amma bu dəfə 3-lü formatda-Azərbaycan-Türkiyə-Özbəkistan",- XİN rəhbəri qeyd edib.