ABŞ-nin yeni prezidenti Donald Tramp Çin sədri Si Cinpin ilə telefon danışığını yüksək qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp öz "Truth" sosial şəbəkəsində məlumat verib.
O, Vaşinqtonla Pekinin yaxın gələcəkdə bir çox problemləri birgə həll edəcəklərinə ümid etdiyini bildirib.
"Mən indicə Çin Prezidenti Si Cinpinlə danışdım. Söhbət həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Mən indidən başlayaraq bir çox problemləri birlikdə həll edəcəyimizi gözləyirəm. Ticarət balansı, fentanil, TikTok və bir çox başqa məsələləri müzakirə etdik. Sədr Si və mən dünyanı daha dinc və təhlükəsiz bir yerə çevirmək üçün əlimizdən gələni edəcəyik”, - Tramp yazıb.