17 Yanvar 22:46
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyanın gələcəyini suriyalılar özləri müəyyən etməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşündən sonra keçirilən brifinqdə deyib.

Putinin sözlərinə görə, Rusiya Suriyaya yardımı davam etdirəcək, lakin xalq özü dialoq yolu ilə ölkənin gələcəyini müəyyən etməlidir.

“Biz Suriya xalqına vəziyyətin normallaşdırılması, təcili humanitar yardımın göstərilməsi və münaqişədən sonra tammiqyaslı yenidənqurma işlərinin başlanması üçün lazımi dəstəyi göstərməyə hazırıq”, - prezident bildirib.

O, Suriyanın mövcud böhrandan çıxacağına ümid etdiyini əlavə edib və Suriya əhalisinə indi yaranmış bütün çətinliklərin öhdəsindən gəlməyi arzulayıb.

Putin həmçinin qeyd edib ki, Rusiya əvvəlki kimi Suriyadakı vəziyyətin onun suverenliyinə, müstəqilliyinə və ərazilərinin qorunmasına hörmət əsasında hərtərəfli nizamlanmasının tərəfdarıdır.


Müəllif: Arzu

Oxşar xəbərlər