Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardıma müraciət olunub.
O, xəstəxanaya aparılarkən yolda tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.
Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.