Azərbaycan-Türkiyə regional sülh üçün səylərini birləşdirməkdədirlər. COP 29 çərçivəsində görülən işlər buna nümunədir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
O, COP 29- a yüksək səviyyədə ev sahibliyinə görə ölkəmizə təşəkkür edib.
XİN rəhbəri, həmçinin qeyd edib ki, yanvarın 29-da Ankara Türkiyə, Azərbaycan və Özbəkistanın iştirakı ilə keçiriləcək 3-lü formatda konfransa ev sahibliyi edəcək:
"Bizim üçün güclü Azərbaycan güclü Türkiyə deməkdir"