14:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Ofeliya Sənani səhhətindən danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında ev şəraitində müalicəsinin davam etdiyini açıqlayıb: "Evdə müalicəm davam edir. Hələ də tam sağalmamışam. Səhhətim yaxşı deyil. Bununla yanaşı, virusa yoluxmuşam. Normal hərəkət edə bilmirəm".

Qeyd edək ki, 83 yaşlı Xalq artistinə ağciyər ödəmi diaqnozu qoyulmuşdu. O, yüksək qan təzyiqindən əziyyət çəkib.


Müəllif:

Oxşar xəbərlər