14:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2024-cü ilin yanvar-noyabr aylarında 176 ölkə ilə ticarət aparıb, 120 ölkəyə məhsul ixrac edib və 167 ölkədən idxal edib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, ümumilikdə xarici ticarət dövriyyəsi 42,813.7 milyon ABŞ dolları təşkil edib.

İxracın dəyəri 24,042 milyon dollar, idxalın dəyəri isə 18,771.7 milyon dollar olub. Nəticədə 5,270.3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ölkəyə ixrac olunmuş məhsulların 87,1%-i İtaliya , idxal olunmuş məhsulların 18%-i isə Çinin payına düşüb.

Ümumilikdə xarici ticarət dövriyyəsinin 87,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Avstraliya, Çexiya ilə aparılıb.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər