Bank kartından oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində bir nəfərin bank kartından 603 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.