14:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonunda Suriyaya humanitar yük karvanı göndərdik. Yeni istiqamətlər üzrə humanitar yardım təkliflərimiz davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

"2012-ci ildən etibarən Bəşər Əsəd rejimi dövründə Azərbaycanla əlaqələr dayandırılmışdı. Lakin son hadisələrdən sonra diplomatik əlaqələrimizin bərpası istiqamətində səyləri gücləndirmişik. Texniki məsələlər həll olunduqdan sonra, ən qısa zamanda Suriyadakı səfirliyimizə diplomat təyin olunacaq",- XİN rəhbəri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər