15:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374,3 milyon manat olub.

Teleqraf.com Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə real ifadədə 13,2 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,7 %-i hüquqi şəxslərin, 48,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü illə müqayisədə 14,6 % artaraq 1 milyard 205,2 milyon manat olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər