Gürcüstanın baş naziri İrakli Kobaxidze səmimi qəbula və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Azərbaycanla münasibətlərin və dostluğun daha da dərinləşməsinin Gürcüstan üçün son dərəcə vacib olduğunu bildirib.
“Bunun həm bizim üçün, həm də əminəm ki, Azərbaycan üçün strateji əhəmiyyəti var. Mən bir daha şəxsən prezident Əliyevə Gürcüstana və gürcü xalqına verdiyi dəstəyə və Gürcüstan-Azərbaycan əlaqələrinin dərinləşməsinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm”, - İ.Kobaxidze deyib.