HƏMAS üç israilli girovu yanvarın 19-da azad edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Araby” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, əsir düşən qadınların azad olunması HƏMAS hərəkatının İsraillə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində həyata keçiriləcək.
Buraxılacaq şəxslərin adları yaxın saatlarda açıqlanacaq.
Artıq İsrail hərbçiləri azad edilməli olan girovların qəbuluna hazırlıq işləri görürlər.
Hərbçilər həmin şəxslərə müvafiq fiziki və psixoloji dəstək göstərəcəklər.