02:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi ABŞ və Qərbin nəzarətində olan fəallardan və antikorrupsiya strukturlarından qurtulmağa çalışır".

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

"Zelenski Vaşinqtondakı “növbə dəyişikliyindən” istifadə edərək ona təzyiq göstərən Qərb strukturları ilə əlaqəli qrant fəallarını "təmizləmək" istəyir" - nəşr bildirib.

Nəşr qeyd edir ki, onların əksəriyyəti ABŞ Demokratik Partiyası ilə hansısa şəkildə bağlıdır.

Müəlliflərin fikrincə, Demokratlar Partiyasının dəstəyini itirmiş ukraynalı fəallar prezident aparatı ilə əməkdaşlıq etməsələr, onları cinayət təqibi və ya hərbi xidmət gözləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər