2024-cü ildə gəlmə turizmi üzrə 1 milyon 708 min 922 səfərin 1 milyon 165 min 507-si və 68.21%-i istirahət-əyləncə məqsədi daşıyıb.
Teleqraf.com-un Dövlət Turizm Agentliyinə istinadən xəbərinə görə, bu səfərlərin 233 min 165-i və ya 13.64%-i işgüzar, 245 mini və ya 14.34%-i qohum-dost ziyarəti, 21 min 807-si və ya 1.28%-i müalicə, 3 min 65-i və ya 0.18%-i dini ziyarət, 4 min 438-i və ya 0.26%-i alış-veriş, 31 min 136-sı və ya 1.82%-i tranzit, 3 min 558-i və ya 0.21%-i isə digər məqsədlər üzrə baş tutub.
Xatırladaq ki, 2023-cü ildə ümumilikdə müxtəlif məqsədlər üzrə 1 milyon 402 min 600 səfər qeydə alınmışdı.