10:53
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin baş bələdçisi Hökumə Əliyevanın atası Cəlil Əliyevə qarşı dələduzluq edilib.

Cəlil Əliyev Teleqraf.com-a açıqlamasında ötən gün axşam saat 5 radələrində kartından 80 min 507 manat pul oğurlandığını deyib.

Onun sözlərinə görə, bu məbləğ Hökumə Əliyevanın vəfatına və kompensasiya görə dövlət tərəfindən təqdim edilib: "Hadisə ötən gün axşam saat 5 radələrində baş verib. İki gənc oğlan mənə zəng edərək özlərini "Kapital Bank"ın əməkdaşı kimi təqdim etdilər. Dərhal sonra hesabımdan 80 min 507 manatın çəkildiyini gördüm. Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə müraciət etdim. Hadisə haqqında araşdırma başlayıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər