17 Yanvar 20:36
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Harutyunyan Arayik Vladimir bu gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə deyib.

O, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanatının olduğunu və buna görə təəssüfləndiyini bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər