21-ci əsrin ilk illərindən etibarən türk dövlətlərinin qüdrəti pik səviyyəyə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 170 milyonluq əhalinin cəmləşdiyi TDT-nin var gücü ilə çalışması üçün əlimizdən gələni edirik.
"Bu gün TDT beynəlxalq camiədə qəbul olunma baxımından fərqli bir gücə çevrilib. 2025-də ötən ilki uğurları daha önə daşıyacağıq",- XİN rəhbəri qeyd edib.