Rusiyanın Sankt-Peterburq şəhərində polisə ABŞ-yə aid telefon nömrələrindən bomba hədəsi ilə bağlı zənglər daxil olub.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, nəticədə 755 nəfər təxliyə edilib.
Bildirilir ki, zənglərdə 16 təhsil müəssisəsinin və bir ticarət obyektinin minalandığı barədə məlumat daxil olub. Polis administrasiyanın qərarına əsasən, iki yerdə təxliyə həyata keçirilib.
Polis binalara baxış keçirib. Baxış zamanı hadisə yerində heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib. Hazırda cinayət işinin başlanmasının mümkünlüyü nəzərdən keçirilir.