17 Yanvar 23:41
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Trampın NATO-nun üzvü olan Avropa ölkələrindən ÜDM-in 5%-ni müdafiəyə ayırmaları tələbinə mənfi reaksiya verib.

Teleqraf.com xəbər verir ki, "Reuters"ə danışan analitiklər Trampın tələbini praktiki olaraq qeyri-mümkün hesab edirlər.

"ÜDM artımının hətta üç faizini müdafiəyə ayırmaq üçün Avropaya ən azı on il lazımdır", - iqtisadçı Fenella McGurty deyib.

Kansler Olaf Şolts beş faizin ildə 200 milyard avrodan çox olduğunu, federal büdcənin isə 500 milyard avronu keçməyəcəyini söyləyib. O qeyd edib ki, Trampın irəli sürdüyü tələbləri yerinə yetirmək üçün Berlin illik büdcəsinin az qala yarısını ayırmalı olacaq. Şolts bunun yalnız vergilərin əhəmiyyətli dərəcədə artması və ya bir çox vacib xərclərin azaldılması ilə mümkün olacağını əlavə edib. Kansler Almaniyanın iki faizlik xərc səviyyəsinə sadiq qalmağı planlaşdırdığını deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər