7 Avqust 2020 12:12
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət müxtəlif kateqoriyalı insanlara müxtəlif ödənişlər edir. Hazırda məcburi köçkünlərə də ödənişləridavam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib:

"Bu səbəbdən məcburi köçkünlər, pensiyaçılar 190 manat alanlar siyahısına daxil edilməyib. 190 manatlıq birdəfəlik müavinət dövlətdən dəstək ayrılmayanlar verilir".

Nazir qeyd edib ki, aprel ayının 7-dən 20-nə qədər hər bir vətəndaş üçün birdəfəlik müavinət üçün qeydiyyatdan keçməyə imkan yaradılıb: "Qeydiyyat prosesindən sonra yoxlama uzun zaman alır. Bu səbəbdən birdəfəlik müavinət üçün təkrar qeydiyyat aparılmır.

Qarşıdakı müddət ərzində təkrar yoxlama aparılaraq, 13 şəhər və rayon üzrə aztəminatlılıq meyarına uyğun gələn şəxslərə birdəfəlik müavinət ödəniləcək"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər