Bədən istiliyinin artması nəticəsində tərləmə hadisəsi baş verir. İsti hava, fiziki aktivlik, narahatlıq, qorxu kimi hallarda tərləmənin baş verməsi normaldır. Hiperhidroz (həddindən artıq tərləmə) istilik və ya məşqlə əlaqəli olmayan hallarda baş verən tərləmədir. Belə tərləmələr geyimlərinizi isladacaq, hətta ovucunuzda tər damlaları görəcəyiniz həddə qədər baş verir.
Teleqraf.com xəbər verir ki, hiperhidroz qoltuq altı, ovuc içi, üz, baş dərisi kimi məhdud bədən sahələrini əhatə edir. Bu növ tərləmə uşaqlıq və ya yetkinlik dövründə baş verir və yaş artdıqca normaya düşür. Hiperhidrozun səbəbi aydın deyil, başqa bir xəstəlik olmadan baş verir. Şəxsin davamlı olaraq tərləməsi gərginlik, utanc və həyəcan kimi hislər səbəbilə də baş verir. Adətən yuxu zamanı tərləmə olmur.
Hiperhidrozlu xəstələrin üçdə birində oxşar şikayətləri olan bir ailə üzvü var. Hiperhidroz cəmiyyət arasında nadir müşahidə olunan xəstəlikdir. Hər yaşdan və cinsdən olan insanlarda rast gəlinə bilər. Xəstəlik bədənin məhdud bir hissəsini, eyni zamanda bir çox nahiyə və bütün bədənə geniş yayılmış ola bilər. Bədənin tərləməsinə görə xəstəlik "məhdud hiperhidroz" və "ümumiləşdirilmiş hiperhidroz" adlanır.
Tez-tez tərləmək və nəm əllər səbəbindən xəcalət hissi insanın sosial və iş həyatına təsir göstərə bilər. Xüsusilə bəzi xəstələr əllə görüşməkdən çəkinirlər.
Sual oluna bilər ki, hiperhidroz pis qoxu yaradırmı?
Əslində hiperhidroz, su əsaslı tər istehsal edən aktiv tər vəzilərindən qaynaqlanır. Qoxu meydana gəlməsindən məsul olan apokrin vəziləri burada rol oynamır. Lakin həddindən artıq tərləmə səbəbi ilə bakteriyaların sayı və müxtəlifliyi pis qoxuya səbəb ola bilər. İstiliyin artması və emosional stresdən əlavə, bəzi qidalar da tərləməni artıra bilər. Bunlara kofein, isti köri-kimyon və alkoqol kimi qidalar daxildir.
Xəstələr hiperhidrozun öhdəsindən gəlmək üçün təri özünə çəkən parçalardan hazırlanmış alt paltarları və corablar, məsələn, 100 faiz pambıq parçalardan hazırlanan geyimlərə üstünlük verməlidirlər. Paltarın qoltuqaltı hissəsinə yapışdırıla bilən "qoltuq yastığı"ndan istifadə edə bilərlər. Sintetik olmayan təbii ipliklər, geniş kəsikli paltarlar, dəri ayaqqabılar geyinmək, ayaqqabıları çıxardıqdan sonra havalandırmaq, corabları tez-tez dəyişdirmək, tər udma xüsusiyyətlərinə görə 100 faiz pambıq istifadə etmək və ya antibakterial xüsusiyyətlərinə görə gümüşü və mis iplik olan corab istifadə etmək də bunlara daxildir.