22 Avqust 2020 15:26
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurlu mütəxəssislər COVID-19-un yeni növünü kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, araşdırmalara görə, COVID-19-un yeni növünə yoluxmuş xəstələrdə qanda oksigen azalması və ya reanimasiyaya yerləşdirilmə kimi klinik halların azalması müşahidə edilib. Virusun yeni variasiyasının genomunda 382 nukleotidin silindiyi bildirilib.

Virusun yeni növünün kəşfində Sinqapurun müxtəlif təşkilatlarından, o cümlədən Milli İnfeksiya Xəstəlikləri Mərkəzi, Duke-NUS Tibb Məktəbi, Elm, Texnologiya və Araşdırma Agentliyindən bir qrup mütəxəssis iştirak edib. Duke-NUS Tibb Məktəbinin alimi Qavin Smithin sözlərinə görə, bu, virusun mutasiyaya uğramış formasıdır: “SARS-CoV-2-nin mutasiya olunmuş formasında xəstələr xəstəliyi daha yüngül formada keçirirlər. Araşdırmalarımızın nəticələrindən peyvəndin tətqiqatlarında da istifadə edəcəyik”.

Bəzi mütəxəssislər virusu daha çox insana yoluxması üçün mutasiyaya uğradıqca ölüm riskini azaldacağını deyirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər