24 Avqust 2020 17:30
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan 172 ölkə COVID-19-la mübarizə üçün çoxmillətli COVAX peyvənd tədqiqatlarına qatılıb.

Teleqraf.com xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, bəzi vaksinlər hazırda klinik sınaqların son mərhələsindədir: "Tunelin sonunda işıq göründü".

Tedros Adhanom Qebreyesus təşkil edilən mətbuat konfransında üzv ölkələri COVAX peyvəndi tədqiqatlarına maliyyə dəstəyi verməyə çağırıb: “COVAX-a maddi dəstək epidemiyanın sona çatmasının və davamlı iqtisadi aktivliyin bərpa edilməsinin ən sürətli yoludur. Bu mövzuda üzv ölkələrdən dəstək gözləyirik”.

ÜST-ün baş direktoru hazırda COVID-19 virusuna qarşı 9 namizəd peyvəndin olduğunu bildirib: “Təhlükəsiz və təsirli peyvənd hazırlamaq üçün tədqiqatlar davam edir. Hətta hazırda dörd fərqli istehsalçı ilə danışıqlar aparılır.

COVAX peyvənd tədqiqatlarında iştirak edən bütün ölkələrin vaksin istehsalçıları ilə birlikdə peyvəndi bərabər əldə etmələri üçün işlər aparılır. COVAX sayəsində bütün aşağı, orta və yüksək gəlirli ölkələr eyni zamanda təhlükəsiz və təsirli peyvəndi əldə edə biləcəklər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər