Braziliyanın “Uniao Quimika” aparıcı əczaçılıq şirkəti Rusiyanın “Sputnik V” koronavirus peyvəndinin istehsalına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu açıqlama verib.
İlin ilk rübündə 10 milyon doza “ Sputnik V” peyvəndi Braziliyaya göndəriləcək:
“Braziliyanın əczaçılıq şirkəti olan “Uniao Quimika” Rusiyanın “Sputnik V” vaksininə maraq göstərən ilk tərəfdaşlardandır. Braziliya əhalisinin vaksinasiya olunması üçün satınalma və istehsal sahəsində tam hüquqlu əməkdaşlığa hazırıq”.
Qeyd edək ki, Rusiyanın “Sputnik V” peyvəndi əvvəllər Argentina, Boliviya, Əlcəzair, Serbiya, Fələstin və Belarusiyada istifadə üçün lazımi təsdiqi alıb. Rus peyvəndi sifarişlərə görə hazırda dünyada dördüncü yerdədir. By günə qədər 1,5 milyondan çox insana bu peyvənd vurulub.