Vətən müharibəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.
Teleqraf.com xəbər verir ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Vətənə geri dönən qazilərimiz aşağıdakılardır:
1. Nurəliyev Rauf Bəhman oğlu
2. Musayev Gündüz Sabir oğlu
3. Abdurrəhmənov Nicat İlqar oğlu
4. Muradov Turan Xudat oğlu
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.