Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51 870 nikaha daxilolma və 13 139 boşanma halları qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.
Bu ilin 10 ayı ərzində ölkədə 50457 ölüm halı qeydə alınıb.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,4-dən 6,0-a düşüb.