Goranboy rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə Həsənov Şamxal Məhərrəm oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə Ş.Həsənov Goranboy rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyib.