30 May 2023 11:22
6 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pensiya yaşı kişilər üçün 62, qadınlar üçün isə 59 olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, pensiya yaşı mütləq aşağı salınmalıdır:

"Amma burada seçim də qoyulmalıdır. Əgər vətəndaş özü pensiyaya çıxmaq istəyirsə, bunu onun özünün seçiminə buraxmaq lazımdır. Bir çox ölkələrdə pensiyaya çıxmaq yaş həddi bizdən aşağıdır. Ona görə də bu məsələyə bir qədər diqqətlə yanaşmalıyıq".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər