Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.