14 Sentyabr 2016 18:59
267

“Biz yeni 2016-2017-ci il tədris ilinə nikbin baxırıq”.

Teleqraf.com-un ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, son 3 ildə buraxılış və qəbul imtahanlarında nəticələrin ildən-ilə yüksəlməsi, təhsilin keyfiyyətinin artması müşahidə edilir: “Bundan başqa, ölkəmizin təhsil sisteminin maddi-texniki bazası gücləndirilir və bu, artıq ənənə halını alıb”.


Nazir deyib ki, sentyabrın 15-dən ölkədə yeni 29 məktəb istifadəyə veriləcək: “Bu məktəblərin 7-sini Təhsil Nazirliyi tikib. 384 məktəbdə cari təmir işləri başa çatdırılıb. 101 məktəbdə əsaslı təmir işləri yekunlaşıb. Yeni tədris ilindən artıq Fransız-Azərbaycan universiteti də fəaliyyətə başlayacaq. Bu gün açılışı olan İT STEP akademiyası XXI əsrin peşə təhsil müəssisəsi sayılır və İT sahəsində mütəxəsssilərin hazırlanması ilə məşğul olacaq.

Bu il Balakəndə və Mərdəkan qəsəbəsində yerləşən 2 internat məktəbi də təmir olunub. Sabah onların açılışı gözlənilir”.


Mikayıl Cabbarov qeyd edib ki, bu il 2500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq: "Regionlardakı 200-dən artıq məktəbə yeni direktor təyin edilib. Bakının onlarla məktəbində də direktorlar dəyişdirilib".

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...