20 Oktyabr 2016 17:12
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.

Teleqraf.com-un məlumatına görə, 20 oktyabr 2016-cı il tarixində Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ETSN-nin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.

Ümumi sahəsi 18 sot torpaq sahəsində inşa edilən 80 kvadrat metrlik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.

Şəhid Ülvin Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

İlhamə ƏBÜLFƏT


Müəllif: