Teleqraf.com miodern.az-a istinadla xəbər verir ki, bu sözləri 5-ci dəfə evlənən 60 yaşlı ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib. Qənizadə onu təbrik edən hər kəsə minnətdarlığını bildirib:
“Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim”.
Xatırladaq ki, Əzizağa Qənizadə uzun döyüş yolu keçib. O, Əfqanıstanda və Qarabağ döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. Əzizağa Qənizadənin toy mərasimində tanınmış insanlar, hərbçilər iştirak edib.