10 İyul 2017 16:23
630

Azərbaycan Liberal Partiyasının (ALP)sədri Əvəz Temirxan ölkədən gedir.

Bu barədə Teleqraf.com-a ALP sədrinin yaxınlarından məlumat daxil olub.

Xəbəri dəqiqləşdirmək məqsədilə əməkdaşımız ALP sədri ilə əlaqə saxlayıb.

Əvəz Temirxan əməkdaşımızla söhbəti zamanı xəbəri təkzib etməyib: “Bu ayın sonu, ya da gələn ayın əvvəli Azərbaycandan gedəcəyəm. Ancaq bu o anlama gəlmir ki, mən vətənimdən birdəfəlik gedirəm. Onu deyə bilərəm ki, əsas işim türk və slavyan ölkələri arasında hüququ fəaliyyətlə bağlı olacaq. Obrazlı desək, bir ayağım Bakıda olacaq. Əsasən Türkiyə, Ukrayna və Rusiyada hüquqşünas kimi fəaliyyət göstərəcəyəm”.

Əvəz Temirxan deyib ki, partiya sədrliyindən və üzvlüyündən istefa vermir: “Mən siyasətdən getmirəm. Yenə də siyasətlə məşğul olacağam. Həm də indi texnika o qədər inkişaf edib ki, istənilən yerdən partiya işində iştirak etmək imkanı var”.


Müəllif: Cavad