Dünən Ucar rayonunda dəhşətli qəza baş verib.
Teleqraf.com xəbər verir ki, dünən saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində Bakı şəhər sakini Elmin Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobili yolayırıcısına vurub.
Nəticədə onun sərnişinlərindən oğlanları 6 yaşlı Ucal və 4 yaşlı Firdovsi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Verilən məlumata əsasən, 6 yaşlı Ucal Hüseynov dünən birinci sinfə gedibmiş.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.