22 Noyabr 2017 12:30
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcənin əvvəlki illə müqayisədə 20% artması inkişafın göstəricisidir. Büdcənin lehinə səs verəcəyəm.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

O bildirib ki, gələn il 33 rayonun özünü maliyyələşdirməsi də mühüm inkişafdır: “Bir neçə məsələni hökumətin diqqətinə çatdırmaq istəyirəm. Qida təhlükəsizliyi sahəsində mühüm işlər görülüb, xaricdən asılılıq azalıb. Amma yüngül sənaye istiqamətində müəyyən işlərin görülməsinin zamanı çatıb. Yüngül sənayenin inkişafı yeni iş yerlərinin yaranmasına, gəlirlərin artmasına səbəb ola bilər.

İkinci, dünyada daşqınlar, zəlzələr, təbii fəlakətlər artıb. Bu səbəbdən də xahiş edərdim ki, fövqəladə hallara vəsait artırılsın. Çünki bu istiqamətdə nələrin baş verəcəyi öncədən proqnozlaşdırılmır.

Üçüncüsü, ölkənin dəmiryol sistemiminin müasirləşdirilməsinə zəruri ehtiyac var. Müharibə əlillərinin, şəhid əlillərinin vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq nazirliyin gördüyü işlər müsbət qarşılanır. Ancaq bu sahəyə ayrılan vəsaitin kifayət olmayacağı qənaətindəyəm. Biz insanların arasında oluruq və vəziyyəti bilirik.

Eləcə də Bakıda hündürmərtəbəli binalarda yaşayanların mənzillərinin özəlləşdirilməməsi yaxşı hal deyil. Bunu da diqqətə almaq vacibdir.

Yardımlı rayonunun su, elektrik enerjisi və mavi yanacaqla təminatı ilə bağlı mühüm işlər görülüb. Mən hökumətdən gələn il Yardımlının bəzi kəndlərinin qazlaşdırılmasını xahiş edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər