Bəzən şəhərin mərkəzrində, ictimai yerlərdə uca səslə edilən mübahisələrə rast gəlirik. Yaxud da gənclər küçənin ortasında, hər kəsin gözü qarşısında ətrafdakıları qıcıqlandıracaq həddə bir-birilə zarafat edirlər.
Sual olunur, belə hallar qanun pozuntusudurmu?
Teleqraf.com xəbər verir ki, mövzu ilə əlaqədar açıqlama verən hüquqşunas Hümmət Əliyev bildirib ki, etik normaların pozulması asayişin pozulmasına bərabərdir.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcələsinin müvafiq maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişində, həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səsələ oxutmağa görə vətəndaş cəzalana bilər.
Hüquqşunas bildirib ki, bu hallara yol verən vətəndaş həbs oluna bilməz. Sadəcə tənbeh və cərimə oluna bilərlər.
Mütəxəssilər bildirir ki, bəzən inzibati sanksiyaların genişlənməsi inzibati pozuntunun qarşısını almaqda heç də səmərəli vasitə olmur. Daha çox məlumatlandırmaq, qanunların hazırlanması prosesinə vətəndaş cəmiyyətini cəlb etmək, ictimai dinləmələr keçirmək daha effektli olur.
Mövzu ətrafında ARB telekanalında aparılan müzakirələrin video-sujetini təqdim edirik.